Ana Sayfa > Karusel / Gündəm > Boris Conson Rusiyaya qarşı yeni sanksiya paketini elan edəcək
Boris Conson Rusiyaya qarşı yeni sanksiya paketini elan edəcək24-02-2022, 19:20. Yazar: Admin |
“Britaniya Rusiyanın Ukraynaya müdaxiləsini görməzdən gəlməyəcək”. Qarabaginfo.az-ın verdiyi xəbərə görə, bunu Britaniyanın baş naziri Boris Conson deyib. O bildirib ki, Rusiya heç bir təxribat olmadan qurudan, dənizdən və havadan geniş işğala başlayıb. Onun sözlərinə görə, Böyük Britaniya və müttəfiqləri Rusiya iqtisadiyyatını zəiflətmək üçün yeni sanksiyalar paketini işə salacaqlar. Baş nazir Britaniya vaxtı ilə 17:00- da İcmalar Palatasında Rusiyaya qarşı yeni iqtisadi sanksiyaları açıqlayacaq. Geri dön |