Ana Sayfa > Karusel / Siyasət > Rusiya XİN Türkmənçay sazişi ilə bağlı səhvini düzəldib

Rusiya XİN Türkmənçay sazişi ilə bağlı səhvini düzəldib


24-02-2022, 18:57. Yazar: Admin

Rusiya XİN Türkmənçay sazişi ilə bağlı səhvini düzəldib

Rusiya Xarici İşlər Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifəsində 1828-ci il Türkmənçay sazişi ilə bağlı xəbərdəki səhv aradan qaldırılıb.

Qarabaginfo.az xəbər verir ki, həmin materialın mətnindən “Şərqi Ermənistan” ifadəsi çıxarılıb.

Fevralın 22-də Xarici İşlər Nazirliyi tərəfindən verilən bəyanatda qeyd edilir: “Azərbaycan və Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamənin imzalandığı vaxtda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay müqaviləsi ilə bağlı təhrif olunmuş məlumatın paylaşılması təəssüf doğurur”.

“Bu təhrifin aradan qaldırılmasını vacib hesab edirik və Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində sözügedən yanlış məlumata müvafiq düzəlişin ediləcəyini gözləyirik", - bəyanatda vurğulanır.


Geri dön