Ana Sayfa > Karusel / Gündəm > Ermənistan parlamentində prezident seçkilərinin vaxtı məlum olub
Ermənistan parlamentində prezident seçkilərinin vaxtı məlum olub24-02-2022, 18:24. Yazar: Admin |
Ermənistan parlamenti martın 1-də başlayacaq növbəti sessiyasında ölkə prezidentini seçəcək. Qarabaginfo.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, məsələnin sessiyanın gündəliyinə salınması ilə bağlı layihə parlamentin fevralın 28-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Prezident seçkiləri martın 1-də deyil, 2-i və ya 3-də keçiriləcək. Qeyd edək ki, Ermənistan Prezidenti Armen Sarkisyan yanvarın 23-də istefa verdiyini açıqlayıb. Fevralın 1-dən prezidentin səlahiyyətlərini parlamentin sədri Alen Simonyan icra edir. Yüksək texnologiyalar sənayesi naziri Vaaqn Xaçatryan hakim partiyadan prezidentliyə namizəd olub. Müxalifət isə prezident seçkilərini boykot edir və namizəd irəli sürmək niyyətində olmadığını açıqlayıb. Geri dön |