Ana Sayfa > Karusel / Dünya > NATO Bosfor boğazının bağlanması məsələsini müzakirə etməyib
NATO Bosfor boğazının bağlanması məsələsini müzakirə etməyib24-02-2022, 16:40. Yazar: Admin |
Bosfor boğazının bağlanması məsələsi bu gün Şimali Atlantika Şurasının iclasında müzakirə olunmayıb. Qarabaginfo.az xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib. “Təbii ki, Türkiyə NATO müttəfiqidir və Türkiyənin Bosfor boğazı ilə bağlı xüsusi rolu var. Lakin biz bu gün bunu müzakirə etmədik. Biz müdafiə planını və onu aktivləşdirməyi müzakirə etdik. Həmçinin sabah virtual formatda fövqəladə iclasın keçirilməsi barədə razılığa gəldik”, - Baş katib vurğulayıb. Qeyd edək ki, Ukrayna Bosfor və Çanaqqala boğazlarını Rusiya hərbi gəmilərinin üzünə bağlamaq üçün Türkiyəyə rəsmi müraciət edib. Geri dön |