Kreml Rusiya prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında danışıqların təşkili üçün heç bir maneə görmür.
Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O xatırladıb ki, Putin artıq Rusiyanın Ukraynadan nə gözləyəcəyi ilə bağlı öz baxışını formalaşdırıb: “Biz bunu kifayət qədər aydın şəkildə formalaşdırmışıq: Bu, neytral statusdur. Bu, silah sistemlərindən imtinadır... Burada sual, Ukrayna rəhbərliyinin buna hazır olub-olmamasıdır”, - Kremlin sözçüsü vurğulayıb.