Ana Sayfa > Karusel / Kriminal > Bakıda məcburi köçkünlərin məskunlaşdığı bina yandı

Bakıda məcburi köçkünlərin məskunlaşdığı bina yandı


24-02-2022, 14:52. Yazar: Admin
Bakıda məcburi köçkünlərin məskunlaşdığı bina yandı

 

Bakıda məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub.

Bu barədə Qarabaginfo.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nərimanov rayonunda məcburi köçkünlərin məskunlaşdığı beşmərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində quraşdırılan elektrik lövhəsində 8 ədəd sayğac və 1 p.m kabel yanıb. Mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Geri dön