Ana Sayfa > Karusel / Siyasət > Ramiz Mehdiyev və “Heydər Əliyev” ordeni almış daha 24 nəfər
Ramiz Mehdiyev və “Heydər Əliyev” ordeni almış daha 24 nəfər24-10-2019, 10:15. Yazar: Admin |
Oktyabrın 23-də Prezident Administrasiyasının rəhbəri vəzifəsindən azad edilən Ramiz Mehdiyev ölkə başçısı İlham Əliyev tərəfindən “Heydər Əliyev” ordeni ilə təltif edilib. Fəlsəfə elmləri doktoru, akademik, həqiqi dövlət müşaviri, 81 yaşlı Ramiz Mehdiyev 1995-ci ildən Prezident Administrasiyasının rəhbəri idi. 24 il Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyev işsiz qalmadı. O, Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiqləndi. Qarabaginfo "Modern.az"a istinadən xəbər verir ki, Ramiz Mehdiyevin dünən təltif olunduğu "Heydər Əliyev" ordeni qiymətli metallar və qiymətli daşlardan hazırlanıb. Bunu nəzərə alsaq, qeyd edə bilərik ki, Ramiz Mehdiyev Prezident Administrasiyasından yola salınarkən müxtəlif əyarlı 88,9 q qızıl, müxtəlif əyarlı 537,2 q gümüş və müxtəlif karatlıq 447 ədəd brilyant daşın da sahibi olub. Xatırladaq ki, "Heydər Əliyev" ordeni ulduzdan, orden zəncirindən və döş nişanından ibarətdir. Ordenin hazırlanmasında 925 əyarlı 533,3 qram gümüş, 999 əyarlı 3,9 qram gümüş, 585 əyarlı 25 qram qızıl, 750 əyarlı 57,4 qram qızıl, 999 əyarlı 6,5 qram qızıl, cəmi 0,83 karatlıq 8 brilyant daş, cəmi 5,3 karatlıq 224 brilyant daş, cəmi 1,37 karatlıq 95 brilyant daş, cəmi 0,23 karatlıq 116 brilyant daş, cəmi 0,032 karatlıq 4 brilyant daş, ümumən 447 brilyant daşdan istifadə olunur.
- Vətənin müdafiəsində, Azərbaycanın dövlət mənafelərinin qorunmasında göstərilmiş mərdlik və şücaətə görə. "Heydər Əliyev" ordeni Azərbaycan Respublikasının Prezidentinə onun statusuna görə verilir.
- Azərbaycan Respublikası qarşısında görkəmli xidmətlərinə görə; - Azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə; - Azərbaycan Respublikası ilə digər dövlətlər arasında siyasi, iqtisadi, elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə.
28.04.2005 - İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti (Onun statusuna görə);
29.04.2005 - İhsan Doğramacı, Türkiyə Bilkənt və Höcəttəpə Universitetlərinin banisi, məşhur pediatr və mesenant (Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında elmi və mədəni əlaqələrin qurulmasında və inkişaf etdirilməsində xüsusi xidmətlərinə görə). Ordeni aldıqdan az sonra dünyasını dəyişib (93 yaşında).
29.01.2007 - Jak Şirak, Fransa Respublikasının Prezidenti (Fransa ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə). 26 sentyabr 2019-cu ildə 86 yaşında vəfat edib.
27.03.2007 - Mstislav Rostropoviç, Məşhur violençel ifaçısı və dirijor (Azərbaycanın beynəlxalq mədəni əlaqələri və musiqi sənətinin inkişafındakı böyük xidmətlərinə görə). Ordeni aldıqdan az sonra dünyasını dəyişib (80 yaşında).
21.05.2008 - Viktor Yuşşenko, Ukraynanın keçmiş Prezidenti (Ukrayna ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə);
27.11.2008 - Tahir Salahov, məşhur Azərbaycan və SSRİ rəssamı (Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə);
14.06.2009 - Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah, Küveyt Dövlətinin əmiri (Küveyt Dövləti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə);
02.07.2009 - Lex Kaçinski, Polşa Respublikasının keçmiş Prezidenti (Polşa Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə). 10 aprel 2010-cu ildə təyyar qəzasında dünyasını dəyişib.
10.08.2009 - Valdis Zatlers, Latviya Respublikasının keçmiş Prezidenti (Latviya Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə);
18.04.2011 - Trayan Besesku, Rumıniya Respublikasının keçmiş Prezidenti (Rumıniya ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə);
14.11.2011 - Georgi Pırvanov, Bolqarıstan Respublikasının keçmiş Prezidenti (Bolqarıstan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə).
11.07.2012 - Emoməli Rəhmon, Tacikistan Respublikasının Prezidenti (Tacikistan Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə).
13.09.2013 - Arif Məlikov, mərhum Xalq Artisti, Milli Elmlər Akademiyasının müxbir üzvü, professor (Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə).
11.11.2013 - Abdulla Gül, Türkiyə Cümhuriyyətinin keçmiş Prezidenti (Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsindəki xüsusi xidmətlərinə görə ).
17.11.2013 - Viktor Yanukoviç, Ukraynanın keçmiş Prezidenti (Ukrayna ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə).
02.09.2014 - Rəcəb Tayyib Ərdoğan, Türkiyə Cümhuriyyətinin Prezidenti (Türkiyə Cümhuriyyəti ilə Azərbaycan Respublikası arasında dostluq, qardaşlıq əlaqələrinin möhkəmləndirilməsi və inkişafında xüsusi xidmətlərinə görə).
29.06.2015 - Mehriban Əliyeva, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti ( Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və I Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə).
28.11.2016 - Aleksandr Lukaşenko, Belarus Respublikasının Prezidenti (Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafında xüsusi xidmətlərinə görə).
26.12.2016 - Zeynəb Xanlarova, görkəmli müğənni, xalq artisti, Milli Məclisin deputatı (Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə görə).
Geri dön |