Ana Sayfa > Karusel / Gündəm > Bakıda tikilməkdə olan bina çöküb, 2 nəfər xəsarət alıb

Bakıda tikilməkdə olan bina çöküb, 2 nəfər xəsarət alıb


24-02-2022, 13:56. Yazar: Admin

Bakıda tikilməkdə olan binada uçqun

Bakıda tikilməkdə olan bina çöküb, 2 nəfər xəsarət alıb.

Bu barədə Qarabaginfo.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Nərimanov rayonunun Keşlə qəsəbəsində "City Garden" şirkətinin tikilməkdə olan binalarının birinin çökməsi barədə məlumat daxil olub.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsinin əməkdaşları tərəfindən hazırda hadisə yerinin müayinəsi həyata keçirilir.

İlkin məlumata görə, hadisə zamanı bir neçə şəxs xəsarət alıb.

Yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

“Kristal Abşeron” şirkətindən "Report"a bildirilib ki, tikilməkdə olan texniki binanın konstruksiyasında dəyişiklik olduğundan tikilinin ikinci mərtəbəsi şirkət tərəfindən sökülərək uçurdulub. Nəticədə iki nəfər yüngül xəsarət alıb.


Geri dön