Ana Sayfa > Karusel / Təhsil > Ramiz Mehdiyev AMEA prezidenti oldu

Ramiz Mehdiyev AMEA prezidenti oldu


23-10-2019, 18:07. Yazar: Admin

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilib. İclasın məqsədi istefa verən AMEA prezidenti Akif Əlizadənin yerinə yeni namizədin seçilməsi olub.


Modern.az xəbər verir ki, ümumi səsverməyə əsasən, Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyev AMEA prezidenti seçilib.

Prezident İlham Əliyev isə Ramiz Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsinə təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağında Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilmiş Ramiz Ənvər oğlu Mehdiyev bu vəzifəyə təsdiq edilsin.

Qeyd edək ki, ötən gün AMEA-nın keçmiş prezidenti, 85 yaşlı Akif Əlizadə ölkə başçısının pensiya yaşına çatmış məmurlara çağırışını nəzərə alaraq, istefa verib.


Geri dön