Ana Sayfa > Karusel / Gündəm / İdman > Rusiya Qran-prisi təqvimdən çıxarıldı

Rusiya Qran-prisi təqvimdən çıxarıldı


24-02-2022, 11:16. Yazar: Admin

Rusiya Qran-prisi "Formula 1" üzrə dünya çempionatının təqvimindən çıxarılıb.

 

Qarabaginfo.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, hazırda siyahıda 23 yox, 22 Qran-prinin adı qeyd olunub.

 

Bilet satışı bölümündə də Rusiyadakı yarışın adı yer almayıb. Turnir cədvəlindən isə bu ölkənin bayrağı götürülüb.

 

Rusiya Qran-prisi sentyabrın 25-də Soçidə gerçəkləşməli idi.

 

Qeyd edək ki, "Formula 1" mövsümünə martın 20-də Bəhreyndə start veriləcək. 10 - 12 iyunda Bakıda Azərbaycan Qran-prisi təşkil olunacaq.


Geri dön