Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri ölkənin şərqində Rusiya təyyarəsini vurub.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Luqansk vilayətində 5 Rusiya təyyarəsi və 1 helikopter vurulub.
Rusiyanın Müdafiə Nazirliyi isə Ukrayna ərazisində Rusiya təyyarəsinin vurulması barədə məlumatları təkzib edib.