Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Zelenski dünya liderlərindən maliyyə və müdafiə dəstəyi istəyib
Ana Sayfa > Karusel / Region > Zelenski dünya liderlərindən maliyyə və müdafiə dəstəyi istəyib

Zelenski dünya liderlərindən maliyyə və müdafiə dəstəyi istəyib


24-02-2022, 10:38. Yazar: Admin

Zelenski dünya liderlərindən maliyyə və müdafiə dəstəyi istəyib

Ukrayna Prezidenti Vladimir Zelenski dünya liderlərini Rusiya Federasiyasının Ukraynaya genişmiqyaslı hücumu ilə əlaqədar Vladimir Putinə qarşı koalisiya yaratmağa çağırıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Zelenski “Tvitter”də yazıb.

O, ABŞ, Almaniya, Böyük Britaniya, Polşa və Avropa İttifaqı liderlərindən Putini dərhal dayandırmağı xahiş edib.

“Putini dərhal Ukrayna və dünyaya qarşı müharibəni dayandırmağa çağırıram. AntiPutin koalisiyası yaradırıq. Dərhal sanksiyalar tətbiq olunsun, Ukraynaya maliyyə və müdafiə dəstəyi verilsin. Dünya Rusiyanı sülhə vadar etməlidir”, - Zelenski yazıb.


Geri dön