Ana Sayfa > Karusel / Region > Deputat: “Ermənilərin böyük hissəsi Azərbaycanla sülh şəraitində yaşamaq istəyir”

Deputat: “Ermənilərin böyük hissəsi Azərbaycanla sülh şəraitində yaşamaq istəyir”


24-02-2022, 10:26. Yazar: Admin

Tahir Mirkişili

 

“Ermənistan cəmiyyətinin müxtəlif nümayəndələri Azərbaycanla sülh şəraitində yaşamaq, kommunikasiyaları açmaq, müharibənin bir də olmamasını istəyirlər”.

Qarabaginfo.az xəbər verir ki, bunu parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qeyd edib.

Komitə sədri qeyd edib ki, Ermənistan cəmiyyətinin müxtəlif nümayəndələri ilə, restoranda xidmətçilər, mühafizəçilər, deputatlar, spiker, baş nazir ilə müzakirələr aparmaq şansları olub:

“Etiraf etmək lazımdır ki, onlar üçün yeni reallıqları qəbul etmək çətindir. Amma onlar bu mərhələni aşmaq, Azərbaycan ilə sülh şəraitində yaşamaq, kommunikasiyaları açmaq, müharibənin bir də olmamasını istəyirlər. Düşünürəm ki, cəmiyyətin böyük bir hissəsi belə düşünür. Digər tərəfdən, aqressiv olan, millətçilərdən ibarət bir kəsim də var ki, onlar azərbaycanlılarla ünsiyyət qurmağı belə qəbul etmirlər. Hesab edirəm ki, bu kəsimdə də həmişə olacaq. Biz bunu hər zaman nəzərə almalıyıq” - deputat deyib.


Geri dön