Ana Sayfa > Karusel / Region > Rusiya və Ukrayna Müdafiə nazirlikləri mövcud vəziyyəti açıqlayıb

Rusiya və Ukrayna Müdafiə nazirlikləri mövcud vəziyyəti açıqlayıb


24-02-2022, 10:17. Yazar: Admin

Rusiya və Ukrayna Müdafiə nazirlikləri mövcud vəziyyəti açıqlayıb

Ukrayna Hava Hücumundan Müdafiə sistemləri sıradan çıxarılıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

 

“Ukraynadakı hərbi bazaların infrastrukturu sıradan çıxarılıb”, - bildirilib.

 

Nazirlik ukraynalı sərhədçilərin Rusiya Ordusunun hərbçilərinə müqavimət göstərmədiklərini də əlavə edib.

 

Ukrayna Ordusunun Baş Qərargahı isə yerli vaxtla saat 05:00-dan etibarən Rusiya Federasiyasının hərbi qüvvələrinin Borispol, Ozernoy, Kulbakin, Çuquevo, Kramatorsk və Çernobaevka yerləşən aerodromlarına, həmçinin, hərbi obyektlərinə zərbələr endirildiyini açıqlayıb.

 

Açıqlamada Ukrayna Ordusunun öz mövqelərini qoruduğu qeyd olunub.


Geri dön