Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Putin: “Rusiyaya birbaşa hücum potensial təcavüzkar üçün məğlubiyyətə səbəb olacaq”
Ana Sayfa > Karusel / Siyasət > Putin: “Rusiyaya birbaşa hücum potensial təcavüzkar üçün məğlubiyyətə səbəb olacaq”

Putin: “Rusiyaya birbaşa hücum potensial təcavüzkar üçün məğlubiyyətə səbəb olacaq”


24-02-2022, 07:33. Yazar: Admin

 

Putin: “Rusiyaya birbaşa hücum potensial təcavüzkar üçün məğlubiyyətə səbəb olacaq”

“Rusiya planetin ən güclü nüvə dövlətlərindən biri olaraq qalır, ona görə də heç bir potensial təcavüzkar onun tamamilə məğlub olacağına şübhə etməməlidir”.

Qarabaginfo.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində bildirib.

“Hərbi sahəyə gəlincə, müasir Rusiya SSRİ-nin dağılmasından və nüvə potensialının əhəmiyyətli bir hissəsini itirdikdən sonra belə, bu gün ən güclü nüvə dövlətlərindən biridir. Üstəlik, o, bir sıra ən son silah növlərində müəyyən üstünlüklərə malikdir. Bu baxımdan, Rusiyaya birbaşa hücumun potensial təcavüzkar üçün məğlubiyyətə və dəhşətli nəticələrə səbəb olacağına heç kim şübhə etməməlidir”, - deyə Prezident bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynanın nüvə silahına malik olmasına icazə verməyəcək.


Geri dön