Ana Sayfa > Karusel / Gündəm > Rumıniya klubunun sahibi peyvənd olunmuş futbolçulardan imtina edir

Rumıniya klubunun sahibi peyvənd olunmuş futbolçulardan imtina edir


24-02-2022, 00:45. Yazar: Admin

Rumıniya klubunun sahibi peyvənd olunmuş futbolçulardan imtina edir

Rumıniya "Styaua"sının sahibi Cici Bekali komandada peyvənd olunmuş futbolçuların oynamasını istəmir.

Qarabaginfo.az-ın məlumatına görə, 64 yaşlı funksioner bu barədə "Yahoo! Sports"a açıqlama verib.

Onun sözlərinə görə, koronavirisa qarşı vaksin vurdurmuş oyunçular Buxarest təmsilçisində çıxış etməməlidirlər: "Siz mənə gülə bilərsiniz. Amma mən haqlıyam. Pevənd olunan futbolçular güc itirirlər. Bunda elmi səbəb var. ÇFR başına gələnləri görmüsünüz? "Rapid"lə matçda sanki huşlarını itirmişdilər. Meydanda yatırdılar. Vaksin yaşlı futbolçulara mənfi təsir edir".

Qeyd edək ki, Cici Bekali daha əvvəl peyvənd olunmaq istəmədiyini açıqlayıb.


Geri dön