Ana Sayfa > Karusel / Gündəm > Niderland şahmatçısı: "Məmmədyarovla görüşdə səhvə yol verdim"

Niderland şahmatçısı: "Məmmədyarovla görüşdə səhvə yol verdim"


23-02-2022, 23:53. Yazar: Admin

Niderland şahmatçısı: Məmmədyarovla görüşdə səhvə yol verdim

"Şəhriyara qarşı yaxşı oynamadım və nəticədə uduzdum".

Qarabaginfo.az-ın məlumatına görə, bunu Niderland şahmatçısı Aniş Giri norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun "Airthings Masters" mərhələsində Şəhriyar Məmmədyarova məğlubiyyəti barədə danışarkən deyib.

O, oyunun gedişində səhvə yol verdiyini bildirib: "Açığı, hər şeyin qaydasında olduğunu və risk etmədiyimi düşünürdüm. Amma təzyiq zamanı haradasa səhv etdim. Bundan sonra vəziyyət tamamilə dəyişdi".

Qeyd edək ki, Şəhriyar Məmmədyarov ilkin mərhələni 17 xalla 14-cü, Aniş Giri isə 21 xalla 10-cu pillədə başa vurublar. Hər iki şahmatçı ilk "8-liy"ə düşə bilmədikləri üçün turnirlə vidalaşıb.


Geri dön