Ana Sayfa > Karusel / Gündəm > Bayden “Şimal axını 2”yə qarşı sanksiyalar barədə göstəriş verib

Bayden “Şimal axını 2”yə qarşı sanksiyalar barədə göstəriş verib


23-02-2022, 23:16. Yazar: Admin

Bayden “Şimal axını 2”yə qarşı sanksiyalar barədə göstəriş verib

ABŞ Prezidenti Cozef Bayden öz administrasiyasına “Şimal axını 2” qaz kəmərinin operatoru olan “Nord Stream 2 AG” və onun rəhbərliyinə qarşı sanksiyalar tətbiq etmək barədə göstəriş verib.

Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin yaydığı yazılı bəyanatda deyilir.

Qeyd edək ki, “Şimal axını – 2” Rusiyadan Baltik dənizi üzərindən Almaniyaya çəkilən 1 234 km uzunluğunda magistral qaz xəttidir və “Şimal axını” qaz xəttinin genişlənməsini nəzərdə tutur. Onun cari ilin əvvəlində istismara veriləcəyi gözlənilirdi. “Şimal axını – 2”nin təsisçisi “Qazprom”dur. “Qazprom”un 2017-ci il məlumatına görə, layihənin dəyəri 9,5 milyard avro təşkil edib ki, bunun da yarısı Avropa şirkətləri olan “Engie”, OMV, “Shell”, “Uniper” və “Wintershall Dea” tərəfindən maliyyələşdirilib.


Geri dön