Ana Sayfa > Karusel / Gündəm > ABŞ Rusiyanın 48 saat ərzində Ukraynaya hücum edəcəyi ilə bağlı xəbərdarlıq edib

ABŞ Rusiyanın 48 saat ərzində Ukraynaya hücum edəcəyi ilə bağlı xəbərdarlıq edib


23-02-2022, 22:45. Yazar: Admin

Volodimir Zelenski

ABŞ administrasiyası Ukrayna Prezidenti Volodimir Zelenskiyə Rusiyanın 48 saat ərzində hücuma keçəcəyi ilə bağlı xəbərdarlıq edib.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə “Newsweek” saytı ABŞ kəşfiyyatındakı mənbəyə istinadla məlumat yayıb.

 

“Kəşfiyyat məlumatına əsaslanaraq Ukrayna prezidenti yaxın 48 saat ərzində Rusiyanın hücuma keçməsi ehtimalının yüksək olduğu barədə xəbərdar edilib. Bu səhər Rusiya Ukraynanın hava məkanını pozaraq kəşfiyyat təyyarəsi ilə qısamüddətli uçuş həyata keçirib” – deyə mənbə qeyd edib.

Ukrayna hökumətindəki mənbə də xəbərdarlığın alındığını bildirərək əlavə edib ki, bu, ay ərzində artıq üçüncü analoji xəbərdarlıqdır.


Geri dön