Ana Sayfa > Karusel / Gündəm > “Gülnar Əhədə deyirdi, gəlmə, qapını açmayacağam” - Video
“Gülnar Əhədə deyirdi, gəlmə, qapını açmayacağam” - Video23-02-2022, 22:03. Yazar: Admin |
Xəbər verdiyimiz kimi, fevralın 20-də Bakıda qətl hadisəsi baş verib. 1983-cü il təvəllüdlü Qaraxanova Gülnar Malik qızı və onun övladları - 2008-ci il təvəllüdlü Qaraxanlı Lamiyə Fəsahət qızı, 2011-ci il təvəllüdlü Qaraxanlı Ataxan Fəsahət oğlu qohumları Əhəd Əliyev tərəfindən bıçaqlanaraq qətlə yetiriliblər. Qarabaginfo.az xəbər verir ki, ailəsi qətlə yetirilən Fəsahət Qaraxanov “AStar” yutub kanalına hadisə ilə bağlı danışıb. Fəsahət Qaraxanov beynəlxalq yükdaşıma ilə məşğuldur, TIR sürücüsü kimi fəaliyyət göstərir. Qətl tərədilərkən Rusiyada olub və səhəri gün Rusiya-Azərbaycan sərhədini keçərək dəfn mərasiminə gəlib. Ev almaq istəyən ailə 10 il əvvəl bir dəfə dələduzluğa məruz qalaraq pulunu itirib. Məhkəmə işi yekunlaşandan sonra pulun müəyyən bir hissəsi – 25 min manat ailəyə geri ödənilib. Bu məbləğ təxminən 8 ay əvvəl qaytarılıb. F.Qaraxanov bildirib ki, evdə 25 min manat olub: “Ev almaq istəyirdik, arada da üstünə əlavə verirdim ki, pul yığılsın” . O, Əhəd Əliyevlə əlaqəsinin olmadığını deyib: “Borclarına görə telefonu söndürürdü, telefon da işlətmirdi. Yoldaşı ondan pulsuz, fırıldaqçı, yalançı olmasına görə ayrılmışdı. O adam müəllim olub, direktor olub, Kərbəla şəhərinə gedib-gəlib, ona görə inanmazdım. Heç gözləməzdim, ağla gəlməzdi. Mənə dedilər, bunu edən ailəni bilən adamdır, qohumdur, dedim yox, qohum ola bilməz. Bu çıxdı qatil. Heç olmasa işgəncə ilə öldürməyəydi, insanı güllələyərlər, o başqa şey, biri də var ki, işgəncə verib öldürüblər. İşgəncə ilə öldürməyəydi gərək, bu yara məndə həmişə qalacaq. Allahın qəzasıdır. Allah da deyir ki, gərək səbirli olasan, dözəsən, nə edim, başqa yolum yoxdur. Dözəm, yaşadam gərək onları”. Mərhum Qaraxanova Gülnarın anası Gülbacı Soltanova deyib ki, Əhəd Əliyevin belə bir hadisə törədəcəyinə inanmayıblar: “Qoynumda ilan bəsləmişəm. Əhəd ola, belə şey edə, heç cür inanmadıq. Deyirik, nə isə içib, ağlı çıxıb başından. Uşaqlar Əhədi, Əhəd də uşaqları çox istəyirdi. Evlərinin həmişə qapıları bağlı olurdu. Qızım gedirdi işə, uşaqlara deyirdi, qapını heç kəsə açmasınlar, qorxurdu. Heç Əhədə də qapını açmırdılar. Əhədin özünə deyirdi ki, yoldaşım evdə yoxdur, gəlmə evə, qapını açmayacağam. Əhəd onu izləyib, girib içəri. Bilib ki, qapını açmayacaq”. Mərhumun qohumu Şahlar Məlikov qeyd edib ki, mərhum Gülnar Qaraxanovanın alnında bıçaq kəsiyi olub: “Görünür, onun boğazını kəsmək istəyib, müqavimətlə rastlaşanda yeddi bıçaq vurub. Xanımı içəri salıb, uşaqların səs-küyü gələndə, oğlanın boğaz hissəsini kəsmişdi, qız uşağında dörd bıçaq yeri var, bir də amansızlıqla boğazı kəsilmişdi. Hər iki uşaq yataqda idi”. Xatırladaq ki, fevralın 20-si saat 14 radələrində Nizami rayonu ərazisində kirayədə yaşadıqları evdə 1983-cü il təvəllüdlü Gülnar Qaraxanova və iki azyaşlı övladının kəsici-deşici alətlə aldıqları xəsarətlərdən ölmələri faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Geri dön |