Ana Sayfa > Karusel / Gündəm > Estoniyalı diplomatlar Ukraynada qalacaqlar

Estoniyalı diplomatlar Ukraynada qalacaqlar


23-02-2022, 21:45. Yazar: Admin

“Estoniya öz diplomatik korpusunu Ukraynadan çıxarmaq niyyətində deyil”.

Qarabaginfo.az xəbər verir ki, bunu Estoniya Prezidenti Alar Karis deyib.

“Mən əvvəl də demişdim ki, belə vəziyyətlərdə diplomatiyanın vəzifəsi nə qədər ki, orada olmaq mümkündürsə, öndə olmaqdır. Orada nə qədər qalmaq mümkün olacaq, biz bilmirik, amma indi Estoniyanın diplomatik korpusu oradadır, hətta biz onların sayını artırmışıq”, - deyə Prezident vurğulayıb.

Qeyd edək ki, Ukrayna ilə Rusiyanın sərhədində vəziyyət gərginləşdikdən sonra bir çox Avropa ölkələri səfirliklərini ya digər şəhərə köçürür, ya da diplomatik korpusun işçilərinin sayını azaldır.


Geri dön