Ana Sayfa > Karusel / Gündəm > IMF-in Azərbaycan üzrə missiyasının yeni rəhbəri təyin olundu

IMF-in Azərbaycan üzrə missiyasının yeni rəhbəri təyin olundu


23-02-2022, 20:36. Yazar: Admin

Beynəlxalq Valyuta Fondu Çad Steynberqi Azərbaycan üzrə missiyasının rəhbəri təyin edib. Bunu IMF-nin Bakı ofisinin rəhbəri Aygün Qədirli bildirib.

“Onun təyinatı ilə bağlı Azərbaycan tərəfi ötən il məlumatlandırılıb, hal-hazırda Bakıya onun ilk tanışlıq səfəri təşkil olunub”, – deyə Qədirli dəqiqləşdirib ki, Steynberq uzun müddətdir Valyuta Fondunda çalışır.

Steynberqin sələfi Natalia Tamirisa 2019-cu ilin yanvar ayından IMF-nin Azərbaycandakı missiyasına rəhbərlik edib.


Geri dön