Ana Sayfa > Karusel / Siyasət > İstanbul Aydın Universitetində Xocalı soyqırımı qurbanları anılıb

İstanbul Aydın Universitetində Xocalı soyqırımı qurbanları anılıb


23-02-2022, 20:15. Yazar: Admin

İstanbul Aydın Universitetində Xocalı soyqırımı qurbanları anılıb

İstanbul Aydın Universitetində erməni vandalları tərəfindən işgəncələrə məruz qalaraq qətlə yetirilən Xocalı qurbanlarının xatirəsi anılıb.

Qarabaginfo.az xəbər verir ki, "İslahatçı Gənclər" İctimai Birliyi (İB) və universitet rəhbərliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə faciə zamanı həyatlarını itirən həmvətənlərimizin fotoşəkillərindən ibarət sərgi təşkil olunub.

Tədbirdə "İslahatçı Gənclər" İctimai Birliyinin üzvləri, İstanbul Aydın Universitetinin prorektoru, professor Zafer Aslan, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunun əməkdaşları, türkiyəli və azərbaycanlı tələbələr iştirak ediblər.

"İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı 30 il öncə Xocalıda baş verən hadisələrə dünya birliyinin hələ də lazımi hüquqi və siyasi qiymət vermədiyini deyib: "Bu gün Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədər və "Xocalıya ədalət" kampaniyası çərçivəsində İstanbul Aydın Universitetində keçirdiyimiz bu fotosərginin əsas məqsədi Türkiyə ictimaiyyətinin, türk gənclərinin diqqətini bir daha erməni vandallarının Azərbaycanda törətdikləri insanlıq cinayətinə yönəltməkdir. Böyük təəssüflə qeyd etməliyik ki, dünya ictimaiyyəti Xocalı soyqırımına hələ də lazımi hüquqi və siyasi qiymət verməyib. Ancaq bir təsəllimiz var ki, bu gün biz Ali Baş Komandanın rəhbərliyi altında qalib ölkənin vətəndaşları kimi Xocalı faciəsini anırıq. Hesab edirik ki, bu fakt Azərbaycanın ərazi bütovlüyü uğrunda, o cümlədən Xocalıda şəhid olan insanlarımızın ruhunun şad olduğunu deməyə bizə əsas verir".

Qeyd edək ki, fotosərgi çərçivəsində ali təhsil müəssisənin tələbələrə və tədbir iştirakçılarına Xocalıda baş verən dəhşətli qətliamlar haqqında türkcə və ingiliscə məlumatların yer aldığı bukletlər və "Xocalıya ədalət" yazılmış yaxa sancaqları paylanıb. (report.az)


Geri dön