Ana Sayfa > Karusel / İdman > Azərbaycanın titullu güləşçisi karyerası ilə bağlı qərar verib

Azərbaycanın titullu güləşçisi karyerası ilə bağlı qərar verib


23-02-2022, 19:47. Yazar: Admin

Azərbaycanın titullu güləşçisi karyerası ilə bağlı qərar verib

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev karyerası ilə bağlı qərar verib.

Qarabaginfo.az-ın məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan üçqat dünya və üçqat Avropa çempionu bununla bağlı feysbuk səhifəsində paylaşım edib.

Postda "Paris-2024" yazan titullu idmançı 2024-cü ildə Fransa paytaxtında keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcəyinə işarə vurub.

Qeyd edək ki, Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.


Geri dön