Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanın məcmu dövlət borcunun ÜDM-də payı azalıb
Azərbaycanın məcmu dövlət borcunun ÜDM-də payı azalıb23-02-2022, 19:25. Yazar: Admin |
Bu ilin yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 8 135,7 mln. ABŞ dolları (13 830,7 mln. manat) və ya ÜDM-in 14,9%-ni təşkil edib. Qarabaginfo.az-ın Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, xarici dövlət borcu ötən ilin eyni dövrü ilə müqayisədə 685,8 mln. dollar və ya ÜDM-in 5,8 faiz bəndi azalıb. Yanvarın 1-nə ölkənin daxili dövlət borcu isə 3 068,4 mln. manat və ya ÜDM-in 3,3%-ni təşkil edib ki, bu da illik müqayisədə 1 126,1 mln. manat, və ya ÜDM-in 0,6 faiz bəndi səviyyəsində artıb. "APA-Economics"in hesablamalarına görə, nəticədə Azərbaycanın ümumi dövlət borcu 16 899,1 mln. manat və ya ÜDM-in 18,2%-nə bərabər olub ki, bu da illik müqayisədə 39,4 mln. manat çox olsa da, ÜDM-in 5,2 faiz bəndi səviyyəsində azalıb. Geri dön |