Ana Sayfa > Karusel / Hadisə > Kürdəmirdə maşın aşıb, xəsarət alanlar var

Kürdəmirdə maşın aşıb, xəsarət alanlar var


23-02-2022, 18:59. Yazar: Admin

Kürdəmirdə yol qəzası

Kürdəmirdə yol qəzası baş verib.

Qarabaginfo.az-ın xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb. Zərdab rayon sakini Zamiq Sarvan oğlu Hüseynovun idarə etdiyi "KİA" markalı avtomobil yoldan çıxaraq bir neçə dəfə çevrilib və yol kənarına aşıb. Hadisə zamanı sürücü və iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb. Fakt araşdırılır. (apa.az)


Geri dön