Ana Sayfa > Karusel / Gündəm > “Qida təhlükəsizliyi haqqında” qanun layihəsi parlamentə daxil olub

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi parlamentə daxil olub


23-02-2022, 18:31. Yazar: Admin

Milli Meclis

“Qida təhlükəsizliyi haqqında” qanun layihəsi Milli Məclisə təqdim edilib.

Qarabaginfo.az bildirir ki, bunu APA-ya müsahibəsində Milli Məclisinin Sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Komitə sədri bildirib ki, layihə üzərində uzun müddətdir iş gedirdi və artıq Prezident İlham Əliyev tərəfindən parlamentə təqdim edilib:

“Qanun layihəsi çox mütərəqqi və beynəlxalq standartlara cavab verən bir layihədir. Əminəm ki, geniş komitə və plenar müzakirədən sonra qəbul ediləcək”.


Geri dön