Ana Sayfa > Karusel / Gündəm > Braziliyada sel 200-ə yaxın insan ölümünə səbəb oldu

Braziliyada sel 200-ə yaxın insan ölümünə səbəb oldu


23-02-2022, 18:05. Yazar: Admin

Braziliyada sel 200-ə yaxın insan ölümünəsəbəb oldu

Rio-de-Janeyronun dağlıq Petropolis şəhərində sel və torpaq sürüşməsinin ardından keçən həftə başlayan axtarış-xilasetmə işləri 9 gündür ki, davam edir.

Qarabaginfo.az-ın "Agencia Brasil"ə istinadən verdiyi xəbərə görə, sel və torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayı 198-ə çatıb, 69 nəfər isə hələ də itkin düşmüş sayılır. 

Mülki Müdafiə Katibliyi şiddətli yağışlar səbəbindən şəhərdə 1800 hadisənin baş verdiyini, 811 nəfərin isə sığınacaqlarda qaldığını açıqlayıb.

Bildirilib ki, fevralın 15-də yağan güclü yağışlar səbəbindən şəhərin bir çox yerində torpaq sürüşmələri baş verib. 

Ştat qubernatoru Klaudio Kastro bölgənin 1932-ci ildən bəri ən güclü yağışa məruz qaldığını bildirib.


Geri dön