Ana Sayfa > Karusel / Siyasət > Britaniyanın müdafiə naziri: "Rusiyanın maraqlarına zərbə vurmağa hazırıq"
Britaniyanın müdafiə naziri: "Rusiyanın maraqlarına zərbə vurmağa hazırıq"23-02-2022, 16:57. Yazar: Admin |
“Biz hər zaman, dünyanın istənilən yerində Rusiyanın maraqlarına zərbə vurmağa hazırıq”. Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bunu Böyük Briyaniyanın müdafiə naziri Ben Uolles jurnalistlərə açıqlamasında deyib. “Şotland qvardiyaları 1853-cü ildə Krımda çar I Nikolayı “təpiklədilər”. Biz bunu həmişə etməyə hazırıq”, - o, bildirib. Nazirin sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin I Nikolayın Qərblə qarşıdurmada buraxdığı səhvi təkrarlayıb: “Çar I Nikolay da vaxtı ilə Putinin səhvini etmişdi. Onun da dostları, tərəfdaşları yox idi”. Geri dön |