Ana Sayfa > Karusel / Siyasət > Ərdoğan: "Putinlə görüşmək üçün lazımi işlər görülür"
Ərdoğan: "Putinlə görüşmək üçün lazımi işlər görülür"23-02-2022, 15:39. Yazar: Admin |
“Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün lazımi işlər görülür. Putinlə telefon danışıqlarımız davam edir”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib. “Əlbəttə, müzakirələr olmalıdır. Tələsik, həyəcanla qərar vermək olmaz. Biz çox həssas davranmalıyıq, çox diqqətli addım atmalıyıq. Çünki bəziləri qəribə danışır. Biz isə dövlət idarə edirik, həssaslığımızı qorumalıyıq. Bütün dostlarımızla müzakirələr edəcəyik, bundan sonra da nələr etmək lazım olduğu batədə qərar verəcəyik. Hər şeydən əvvəl zamanın düzgün müəyyənləşdirilməsi çox mühümdür. Yaxşı nəticələr olacağına ümid edirəm”, - deyə dövlət başçısı vurğulayıb. Geri dön |