Ana Sayfa > Karusel / Kriminal > Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı
Qanunsuz balıq ovlayan şəxs cəzalandırıldı23-02-2022, 15:32. Yazar: Admin |
Qızılağac Milli Parkının və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı parkın ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb. Qarabaginfo.az xəbər verir ki, bu barədə Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. O qeyd edib ki, araşdırma zamanı brakonyerin Masallı rayon sakini Malik Qafarov olduğu müəyyən edilib və ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb: “Hazırda Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Polis Şöbəsi tərəfindən təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün araşdırma aparılır”.
Geri dön |