Ana Sayfa > Karusel / İdman > Qurbanov Marseldəki erməni təxribatından danışdı

Qurbanov Marseldəki erməni təxribatından danışdı


23-02-2022, 14:09. Yazar: Admin

 

Buna zərrə qədər də önəm vermədim. Torpaqlarımız bizdə olmayanda məğlubiyyət istəmirdik. Həmişə narahat olurdum. Məcburi köçkünlər neçə illərdir əziyyət çəkir və bizim nəticələrimizə baxaraq fərəhlənirdilər. Buna görə uduzmaq istəmirdim. Bu gün heç bir təxribat mənim üçün ciddi əhəmiyyət kəsb etmir. Artıq hər yerə başı yuxarı gedirik.

Qarabaginfo.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Fransada "Marsel"ə qarşı keçirdikləri ilk oyunda erməni təxribatına münasibət bildirərkən deyib.

O qeyd edib ki, təxribatlar dünya futbolunda da olur:

"Bu kiçik bir şeydir. Bizim bayraqlarımız öz torpaqlarımızdan dalğalanır. Bununla bizə heç nə göstərə, deyə bilməzlər. Sabah stadionda bayraqlarımızın sayı daha çox olacaq. Onda başa düşəcəyik ki, belə şeylərə təxribat demək olmaz. Bu, futbolçularıma da təsir etmir. Biz öz işimizi görməyə çalışırıq".

 


Geri dön