Ana Sayfa > Karusel / Gündəm > Əliyev Putinə ilk dəfə dedi: erməni qoşunları Qarabağdan çıxır?

Əliyev Putinə ilk dəfə dedi: erməni qoşunları Qarabağdan çıxır?


23-02-2022, 12:17. Yazar: Admin

Prezident İlham Əliyev Putinlə mətbuat konfransında bildirdi ki, “Ermənistan tərəfinin 10 noyabr bəyannaməsinin bütün erməni silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması bəndini yerinə yetirəcəyini gözləyirik”.
 

Azərbaycan Prezidenti müharibədən sonra bunu Moskvada – Putinlə görüşlərdə ilk dəfə açıq mətnlə səsləndirir və bu onu deməyə əsas verir ki:
 

- Moskva ilə müttəfiqlik sənədini imzalayan Bakının Qarabağla bağlı əsas istəklərindən biri bu olub;
 

- Əliyev-Putin görüşündə məsələ müzakirə edilib, böyük ehtimalla razılaşdırılıb;


Mövcud situasiyada Putinin Bakının istəyinə uyğun razılaşmaların icrasında irəliləyiş əldə edilməsi qərarına gəlməsi ehtimalı da güclüdür.
 

Putin Əliyevlə görüşdən bir gün öncə Paşinyanla danışmışdı və mətbuat konfransında qeyd etdi ki, “...dünən Ermənistanın baş naziri ilə mənim telefon danışığım olub. Azərbaycan, Ermənistan və Rusiyanın Qarabağ üzrə ali səviyyədə nail olunan bütün üçtərəfli razılaşmalarının tam həcmdə icrasının vacibliyi təsdiq edilib”.
 

Əliyevlə Putin Moskvada sənəd imzalayarkən Paşinyanın Təhlükəsizlik Şurasının iclasını keçirməsi bu kontekstdə diqqət çəkir.
 

Mümkündür ki, 10 noyabr razılaşmasının 4-cü bəndinin icrasını yaxın dövrdə görə bilərik və bu, Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsi istiqamətində addımlardan biri ola bilər.
 


Geri dön