Ana Sayfa > Karusel / Siyasət > Antoniu Quttereş Donbasdakı rus hərbçilərini sülhməramlı hesab etmir
Antoniu Quttereş Donbasdakı rus hərbçilərini sülhməramlı hesab etmir23-02-2022, 08:31. Yazar: Admin |
BMT Ukraynanın Donbas ərazisindəki rus hərbçilərini sülhməramlı hesab etmir. Qarabaginfo.az xəbər verir ki, bu barədə çərşənbə axşamı xarici səfərlərini azaldan BMT Baş katibi Antoniu Quterreş bildirib. Antoniu Quterreş hesab edir ki, Donbasdakı əlavə Rusiya hərbi qüvvələri yalnız gərginliyi artıracaq. BMT rəhbəri daha əvvəl vurğulayıb ki, Ukrayna ilə bağlı son hadisələr, o cümlədən atəşkəs rejiminin pozulması ilə bağlı xəbərlər onu dərindən narahat edir. Rusiya Federasiyasının Donetsk və Luqansk vilayətlərinin bəzi ərazilərinin qondarma müstəqilliyini tanıması Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin pozulmasıdır. Xatırladaq ki, 2022-ci il fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb. Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar. Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yardımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır. Geri dön |