Ana Sayfa > Karusel / Siyasət > Bayden Rusiyaya qarşı sanksiyaların iqtisadiyyata təsirindən danışıb
Bayden Rusiyaya qarşı sanksiyaların iqtisadiyyata təsirindən danışıb23-02-2022, 07:20. Yazar: Admin |
ABŞ sanksiyaları Rusiya Federasiyasına zərbə vuracaq, lakin Vaşinqton ABŞ iqtisadiyyatını qorumaq üçün lazım olan hər şeyi edəcək. Qarabaginfo.az TASS-a istinadən xəbər veri ki, bunu Ağ Evdə Ukrayna ətrafındakı vəziyyətə həsr olunmuş çıxışında ABŞ prezidenti Co Bayden deyib. “Mən qətiyyətli addım atacağam ki, sanksiyalarımızın zərbəsi bizə deyil, Rusiya iqtisadiyyatına yönəlsin”. Onun sözlərinə görə, ABŞ enerji resurslarının təchizatında mümkün fasilələri öyrənmək üçün neft istehlakçıları və təchizatçıları ilə razılaşdırılmış iş aparacaq. Bayden əlavə edib ki, ABŞ və müttəfiqləri yekdilliklə Rusiyanın qlobal sülh və sabitliyə yaratdığı təhlükə haqqında məlumatlıdır. Geri dön |