Ana Sayfa > Karusel / İdman > "Marsel" klubu Bakıya gəlib

"Marsel" klubu Bakıya gəlib


23-02-2022, 00:11. Yazar: Admin

 

Marsel klubu Bakıya gəlib

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyununda "Qarabağ"ın qonağı olacaq Fransa "Marsel"i Bakıya gəlib.

Qarabaginfo.az xəbər verir ki, Marsel təmsilçisini daşıyan təyyarə bir neçə dəqiqə öncə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Komandanın baş məşqçisi Xorxe Sampaoli Azərbaycan paytaxtına 22 futbolçu gətirib.

Qonaqlar heç bir açıqlama vermədən onlar üçün ayrılmış avtobusa minərək yol polisinin müşayiəti ilə qalacaqları otelə yollanıblar. "Marsel"i Bakıdakı qarşılaşmada 200-dək azarkeş dəstəkləyəcək.

Qeyd edək ki, fevralın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Qarabağ" - "Marsel" görüşü saat 21:45-də başlayacaq. İlk oyunda Fransa klubu 3:1 hesablı qələbə qazanıb.(Report)

 


Geri dön