Ana Sayfa > Karusel / Sosial > İlisu Dövlət Təbiət Qoruğunda baş vermiş yanğın söndürülüb
İlisu Dövlət Təbiət Qoruğunda baş vermiş yanğın söndürülüb22-02-2022, 21:31. Yazar: Admin |
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində Qax rayonunun Qum kəndi yaxınlığında İlisu Dövlət Təbiət Qoruğunun ərazisində dağ-meşə zonada baş vermiş yanğın geniş əraziyə yayılmasının qarşısı alınaraq axşam saatlarında söndürülüb. Fövqəladə Hallar Nazirliyindən Qarabaginfo.az-a verilən məlumata görə, yanğın nəticəsində təqribən 15 ha sahədə kol-kos, xəzəl, qurumuş ağaclar və ağac kötükləri yanıb. Yanğının mürəkkəb relyefli dağlıq ərazidə baş verməsinə və küləkli hava şəraitinin yanğının söndürülməsi prosesini mürəkkəbləşdirməsinə baxmayaraq, yanğınsöndürənlərin səyi ilə sıx meşəlik ərazi yanğından mühafizə olunub. Qeyd edək ki, əsasən əl əməyi ilə həyata keçirilən yanğınla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ilə yanaşı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və bir qrup yerli sakin də iştirak edib. Geri dön |