Ana Sayfa > Karusel / Siyasət > Azərbaycan və Rusiya bir-birinə qarşılıqlı hərbi yardım göstərə bilər

Azərbaycan və Rusiya bir-birinə qarşılıqlı hərbi yardım göstərə bilər


22-02-2022, 20:56. Yazar: Admin

Azərbaycan və Rusiya bir-birinə qarşılıqlı hərbi yardım göstərə bilər

Azərbaycan və Rusiya bir-birinə qarşılıqlı hərbi yardım göstərə bilər.

Qarabaginfo.az xəbər verir ki, bu, “Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”də əksini tapıb.

Sənədə əsasən, təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub-saxlanması məqsədilə Rusiya Federasiyası və Azərbaycan Respublikası bir-birinə BMT Nizamnaməsi, ayrı-ayrı beynəlxalq müqavilələr əsasında və Tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə bilərlər.


Geri dön