Ana Sayfa > Karusel / Siyasət > Gürcü nazir müavini: “Azərbaycanla təhsil sahəsində münasibətləri daha da yaxşılaşdırmağa hazırıq”

Gürcü nazir müavini: “Azərbaycanla təhsil sahəsində münasibətləri daha da yaxşılaşdırmağa hazırıq”


22-02-2022, 20:39. Yazar: Admin

Gürcü nazir müavini: “Azərbaycanla təhsil sahəsində münasibətləri daha da yaxşılaşdırmağa hazırıq”

“Gürcüstan və Azərbaycanın təhsil nazirlikləri arasında çox sıx əməkdaşlıq qurulub. Biz Azərbaycanla təhsil sahəsində münasibətlərin daha da yaxşılaşdırılması üçün daha çox addımların atılması üzrə hazırlığımızı hər zaman ifadə edirik”.

Qarabaginfo.az xəbər verir ki, bu fikirləri Gürcüstanın təhsil və elm nazirinin birinci müavini Tamar Maxaraşvili azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan təhsil nazirinin Gürcüstana rəsmi səfəri təhsilin müxtəlif səviyyələrindəki gələcək münasibətlərlə bağlı planları müzakirə etməyə imkan verdi: “Aparılmış müzakirələr və keçirilmiş görüşlər çox maraqlı oldu. Biz Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərdə də görüşlər təşkil etdik. Təhsil ocaqlarında cari məsələlərin müzakirəsi baş tutdu və təhsilin keyfiyyətinin artırılması üzrə birgə mümkün planları tutduq”.


Geri dön