Ana Sayfa > Karusel / Dünya > Ərdoğan Afrika ölkələrinə səfərini yarımçıq saxlayıb

Ərdoğan Afrika ölkələrinə səfərini yarımçıq saxlayıb


22-02-2022, 19:15. Yazar: Admin

Ərdoğan

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO liderlərinin videokonfrans formatında keçiriləcək Zirvə görüşünə qatılacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyə lideri buna görə Qvineya-Bisauya səfərini təxirə salıb.

Qeyd edək ki, Prezident Ərdoğan 20-22 fevral tarixlərində Konqo Demokratik Respublikasına, Seneqala səfər edib. O, bundan sonra Qvineya-Bisauya səfər etməli idi.


Geri dön