Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Dünya > “Taliban“ keçmiş hərbçiləri orduya dəvət edir
“Taliban“ keçmiş hərbçiləri orduya dəvət edir22-02-2022, 17:53. Yazar: Admin |
![]() 2021-ci ilin avqustunda Əfqanıstanda hakimiyyəti ələ keçirən radikal “Taliban” hərəkatı yeni orduda xidmət etmək üçün keçmiş rejimin üzvlərini cəlb etmək niyyətindədir. “Taliban”ın “Təsfiye al-Saf” ("Üsyan Komitəsi"nin) rəhbəri Lətifullah Həkimi Kabildə keçirdiyi mətbuat konfransında deyib: “Biz keçmiş hərbçiləri ordumuzda xidmət etmək üçün cəlb edirik”. Onun sözlərinə görə, “Taliban”ın yaratdığı yeni ordu ABŞ ordusunun Əfqanıstanda qoyub getdiyi silah və hərbi texnikadan istifadə edəcək. “Biz artıq 80-dən çox helikopteri və amerikalıların qoyub getdiyi təyyarələrin yarıdan çoxunu təmir etmişik. 300 min odlu silah, 26 min ağır silah və 61 min hərbi maşınımız var”, - deyə Hakimi vurğulayıb. Geri dön |