Ana Sayfa > Karusel / Siyasət > “Rusiya müharibənin dayandırılmasında vacib rol oynadı” – İlham Əliyev

“Rusiya müharibənin dayandırılmasında vacib rol oynadı” – İlham Əliyev


22-02-2022, 16:31. Yazar: Admin

“Rusiya Azərbaycan və Ermənistan arasında müharibənin dayandırılmasında vacib rol oynayıb”.

Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Moskvada Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüşdə deyib.

“Rusiyanın sayəsində iki ölkə arasında məsələlər hərbi fazadan siyasi-diplomatik mərhələyə keçib. Eyni zamanda Rusiya və Azərbaycan arasında əməkdaşlıq mövcuddur. Humanitar sahədə əlaqələr daha da möhkəmlənir. Azərbaycanda bir neçə məktəbdə rus dili tədris olunur. Bu, əlaqələrin sübutudur. Rus dilini bilmədən gələcək nəsillərin kommunikasiya qurması çox çətin olar”,- deyə Prezident bildirib.

Dövlət başçısı qeyd edib ki, Rusiya Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında əsas rol oynayır.


Geri dön