Ana Sayfa > Karusel / Kriminal > Manaf Ağayevin üzr videosunun yayılmaması ilə bağlı AÇIQLAMA: Xahiş etdi ki...
Manaf Ağayevin üzr videosunun yayılmaması ilə bağlı AÇIQLAMA: Xahiş etdi ki...22-02-2022, 15:33. Yazar: Admin |
Son günlər Manaf Ağayevin video görüntülərinin çəkilməsi və yayılmaması ilə bağlı məsələ gündəmi zəbt edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin şöbə rəisi Elşad Hacıyev BAKU.TV-də yayımlanan “Üzbəüz” verilişinin növbəti buraxılışında məsələyə aydınlıq gətirib.
“Manaf Ağayev bildirdi ki, mənim hansısa formada bu əməlimdən peşmanam. Bunu məhkəmədə də bildirdi. Video görüntülərinin çəkilməsində və sosial şəbəkələrdə yayılmasında maraqlı olmadı. Dedi ki, mənim səhvimi artıq bütün cəmiyyət görüb.
Xahiş etdi ki, əlavə video görüntüləri çəkilməsin. Ailə üzvləri də bildirdi ki, buna zəruriyyət yoxdur. Biz də Azərbaycan Respublikası vətəndaşı kimi Manaf Ağayevi hansısa formada məcbur edə bilmərik. Çünki bu məcburiyyət nə bizə lazımdır, nə də cəmiyyətə. Bununla bağlı hansısa qınanma ola bilər”, - deyə qurum rəsmisi bildirib.
Baku.ws
Geri dön |