Ana Sayfa > Karusel / Region > Rusiya parlamenti Ukrayna ərazisindəki qondarma qurumlarla sazişləri təsdiqləyib
Rusiya parlamenti Ukrayna ərazisindəki qondarma qurumlarla sazişləri təsdiqləyib22-02-2022, 15:21. Yazar: Admin |
Rusiya Dövlət Duması Ukrayna ərazisində qondarma Donetsk və Luqansk “respublika”ları ilə “dostluq, əməkdaşlıq, qarşılıqlı yardım” sazişlərini təsdiq edib. Qarabaginfo.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi də həmin “respublika”ları onların öz “səlahiyyət”lərini icra etdiyi sərhədlər daxilində tanıdıqlarını açıqlayıb. Xatırladaq ki, ötən gün Rusiya Prezidenti Vladimir Putin Donetsk və Luqansk “respublika”larının “müstəqilliy”ini tanımaqla bağlı fərmanlar imzalayaraq həmin qurumlarda sülhü təmin etməklə bağlı göstərişlər verib. Geri dön |