Ana Sayfa > Karusel / Qarabağ > Baxçalı: “Xocalı türkün əbədi vətənidir”

Baxçalı: “Xocalı türkün əbədi vətənidir”


22-02-2022, 14:00. Yazar: Admin

Baxçalı: “Xocalı türkün əbədi vətənidir”

Düz 30 il əvvəl 26 fevral 1992 ildə qəddarlıqla dolu bir gecədə Qarabağın Xocalı şəhərində soydaşlarımızın qanı töküldü, canımızdan can getdi.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı deyib.

O qeyd edib ki, Xocalı Qarabağın mirvarisi, böyük strateji dəyəri olan guşəsidir.

“Xocalı, Qarabağ bir türk torpağıdır, türklərin əbədi vətənidir. Heç bir zalım əməl, heç bir düşmənçi mühit bu tarixi həqiqəti dəyişdirə bilməyəcək. Bu aydın faktın qəbul edilməsi regional sülh üçün vacib və qaçılmazdır’, - deyə o bildirib.


Geri dön