Ana Sayfa > Karusel / Cəmiyyət > Metropolitenin əməkdaşı zədə alaraq ölüb?
Metropolitenin əməkdaşı zədə alaraq ölüb?22-02-2022, 13:52. Yazar: Admin |
"Bakı Metropoliteni" QSC-nin əməkdaşı vəfat edib.
Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Modern.az-a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.
O bildirib ki, metropolitenin əməkdaşının iş başında zədə alaraq ölməsilə bağlı məlumat həqiqəti əks etdirmir:
"Əməkdaşımız Elektrik təchizatı xidmətinin elektrik yarımstansiyaları distansiyasının elektrik mexaniki 63 yaşlı Məlikəli Əliyev cümə günü həqiqətən işdə özünü pis hiss edib. Lakin həmin gün iş vaxtının sonuna qədər işinin başında olub. yetirib. Gecə halı pisləşib və təcili tibbi yardım çağırılıb. Xəstə insult diaqonozu ilə xəstəxanaya yerləşdirilib".
B.Məmmədovun sözlərinə görə, əməkdaş dünən 20:00 radələrində xəstəxanada dünyasını dəyişib. Geri dön |