Ana Sayfa > Karusel / Gündəm / Siyasət > Türkiyə XİN DXR və LXR-in tanımasını qəbuledilməz adlandırdı

Türkiyə XİN DXR və LXR-in tanımasını qəbuledilməz adlandırdı


22-02-2022, 12:35. Yazar: Admin
Türkiyə XİN DXR və LXR-in tanımasını qəbuledilməz adlandırdı

 

 

Qondarma DXR və LXR-in Rusiya tərəfindən tanınması Minsk razılaşmalarını və Ukraynanın bütövlüyünü pozan qəbuledilməz addımdır.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi məlumatında deyilir.
"Rusiya Federasiyasının qondarma Donetsk və Luqansk respublikalarını tanımaq qərarı Minsk razılaşmalarını pozmaqla yanaşı, Ukraynanın siyasi birliyinin və ərazi bütövlüyünün açıq şəkildə pozulması deməkdir. Rusiya Federasiyasının qərarı qəbuledilməzdir və biz bunu rədd edirik”, – Türkiyə Xarici İşlər Nazirliyinin saytında dərc olunan bəyanatda deyilir.
Türkiyə Xarici İşlər Nazirliyi bütün əlaqədar tərəfləri sağlam düşüncəyə uyğun hərəkət etməyə və beynəlxalq hüquqa riayət etməyə çağırıb.
Müraciətdən dərhal sonra Rusiya Federasiyasının Prezidenti Kremldə qondarma LXR və DXR-in tanınması haqqında fərmanlar verib, habelə yardım haqqında müqavilələr imzalayıb.
Avropa İttifaqı və NATO qərarı pisləyib.
 

Geri dön