Ana Sayfa > Karusel / Gündəm > Borrell: "Rusiyaya qarşı ilk sanksiyalar bu gün qəbul olunacaq"

Borrell: "Rusiyaya qarşı ilk sanksiyalar bu gün qəbul olunacaq"


22-02-2022, 11:58. Yazar: Admin

Borrell: "Rusiyaya qarşı ilk sanksiyalar bu gün qəbul olunacaq"

“Rusiyaya qarşı ilk sanksiyalar bu gün qəbul olunacaq. Amma bu “DXR” və “LXR”nın tanınmasına görə Avropa Birliyinin verəcəyi tam cavab olmayacaq”.

Bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel açıqlama verib.

O, Rusiyaya qarşı atılacaq növbəti addımları açıqlamayıb.

Borrell Rusiya qoşunlarının Donbasa yerləşdirilməsini tam miqyaslı müdaxilə saymasa da, Rusiya qoşunlarının Ukrayna torplaqlarına daxil olmasını beynəlxalq normaların pozulması kimi dəyərləndirib.

Fransa xarici işlər naziri Jan-İv Le Drian isə Avropa İttifaqı XİN başçılarının gününü ikinci yarısında sanksiya məsələsi ilə bağlı toplantı keçirəcəklərini söyləyib.


Geri dön