Ana Sayfa > Karusel / Gündəm > “Çox gərgin vəziyyətdir, böyük ehtimalla müharibə olacaq” – Mariya Stadnik

“Çox gərgin vəziyyətdir, böyük ehtimalla müharibə olacaq” – Mariya Stadnik


22-02-2022, 11:23. Yazar: Admin
“Çox gərgin vəziyyətdir, böyük ehtimalla müharibə olacaq” – Mariya Stadnik

 

Rusiya ilə Ukrayna arasında müharibə ehtimalının artması dünya gündəmini zəbt edən əsas məsələyə çevrilib. Siyasi analitiklər silahların işə düşməsinin çox da uzaqda olmadığını, hətta yaxın saatlarda müharibənin başlayacağını bildirirlər. 

Qarabaginfo.az-ın xəbərinə görə, Ukrayna əsilli azərbaycanlı dünya şöhrətli sərbəst güləşçi Mariya Stadnik Ukrayna-Rusiya məsələsi ilə bağlı Yenisabah.az-a açıqlama verib. O, hazırda Ukraynada olduğunu və orada vəziyyətin getdikcə gərginləşdiyini bildirib:

“Hazırda Ukraynanın Lvov şəhərindəyəm. Burada hələ sakitçilikdir. Lakin insanlar çox gərgin vəziyyətdədir. Ölkənin Qərbinə doğru sürətli axın var. Məktəblər bağlanıb. Şəhərdə olan sığınacaqlar hər ehtimala qarşı işarələnir. Dəqiq informasiya isə verilmir.

Biz Ukrayna xalqı olaraq sülhə ümid edirik. Lakin böyük ehtimalla müharibə olacaq”.


Geri dön