Ana Sayfa > Karusel / Region > Rusiya neftin optimal qiymətini açıqlayıb

Rusiya neftin optimal qiymətini açıqlayıb


22-02-2022, 10:42. Yazar: Admin

Nikolay Şulqinov

 

Rusiya Energetika Nazirliyi neftin optimal qiymətini açıqlayıb.

Qarabaginfo.az TASS-a istinadən verdiyi məlumata görə, Rusiyanın energetika naziri Nikolay Şulqinov Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) sammitində "Energy Intelligence"ə müsahibəsində bildirib ki, neftin qiymətinin 55-70 dollar/barel olması Rusiya üçün optimaldır.

"Hesab edirəm, bazar üçün optimal səviyyə bir barel üçün 55-70 dollardır", - nazir qeyd edib.

Şulqinov onu da vurğulayıb ki, Rusiya hazırda hasilatı artırır və gələcəkdə onu bir qədər də artırmaq üçün imkanlar var: "Bizim yeni layihələrimiz var, məsələn, "Vostok-Oil". Biz hasilatı, kəşfiyyatı artırmaq barədə düşünürük. Bizim neft sənayesinin inkişafı üzrə proqramımız 2035-ci ilə qədər üfüqdə artımın, sonra isə həcmin sabitləşməsini nəzərdə tutur".


Geri dön